Azərbaycan millisi İraq yığması ilə yenidən üz-üzə

Azərbaycan millisi İraq yığması ilə yenidən üz-üzə
Noyabrın 9-da Qəbələdə təlim-məşq toplanışına başlayan, ayın 16-dan isə hazırlığın ikinci mərhələsini Bakıda davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti sınaq matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Rui Jorjenin (Rui Jorge) baş məşqçisi olduğu komandamız İraq (Iraq) yığması ilə qarşılaşacaq.
Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq və saat 16:00-da start götürəcək.
Xatırladaq ki, tərəflər noyabrın 17-də də qarşılaşıblar. Sumqayıtda “SOCAR Polymer Arena”da keçirilən həmin qarşılaşmışmada qalib müəyyənləşməyib (0:0).
Qeyd edək ki, U-20 gələn il baş tutacaq dünya çempionatına hazırlaşır. Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi “FIFA U-20 World Cup" 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər