1-ci Lianın 8-ci turunda "Baku Sportinq"i qəbul edən "Mingəçevir" 1:0 hesablı qələbə qazandı. Maliyyə problemi səbəbindən yaxşı günlərini yaşamayan "işıqçılar"ın çalışdırıcısı Samir Məmmədovla əlaqə saxlayıb qələbəni şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyuna çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, bu rəqibi məğlub edə bilərik. Çox şadam ki, buna nail olduq və "Mingəçevir" azarkeşlərini sevindirdik. Bizim üçün ürəkaçan nəticə oldu. Belə bir vaxtda qələbə çox önəmli idi. Növbəti oyunlarımıza da səylə hazırlaşıb azarkeşlərimizi sevindirmək istəyirik".
Qeyd edək ki, hazırda hesabında 7 xal olan "Mingəçevir" 1-ci Liqanın turnir cədvəlinin 7-ci pilləsində mövqe tutub.
Nihat