“Barselona” (Barcelona) “İnter”in (Internazionale, Inter Milan) müdafiəçisi Alessandro Bastoninin transferi ilə bağlı danışıqları yenidən gündəmə gətirib.
Fanat.Az xəbər verir ki, informasiyanı “Goal” yayıb.
Məlumata görə, Kataloniya klubu italiyalı futbolçu ilə bağlı yeni görüşlər keçirməyə hazırlaşır. “Barselona”nın Bastoni ilə marağı uzun müddətdir davam edir və klub yay transfer pəncərəsində də onun üçün cəhd etmişdi. Lakin “İnter” təklifi qəbul etməmişdi.
Hazırda 27 yaşlı müdafiəçinin transfer qiyməti təxminən 70 milyon avro olaraq göstərilir. Onun “İnter”lə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Milan təmsilçisi Bastoninin sözləşməsini uzatmaq istəyir, lakin yeni müqavilə ilə bağlı danışıqlar hələ yekunlaşmayıb.
Məsələnin digər tərəfi isə Hans-Diter Flikin (Hans-Dieter Flick) mövqeyidir. Almaniyalı mütəxəssisin Bastoninin “Barselona”nın dördlü müdafiə sisteminə uyğunluğu ilə bağlı müəyyən şübhələri olduğu bildirilir. Buna görə də klubun idman direktoru Dekonun transferlə bağlı yekun qərardan əvvəl Fliklə məsələni müzakirə edəcəyi gözlənilir.
Əlisahib İbrahimli