"Xankəndi"nin baş məşqçisi tarixi matçdakı yenilgini belə şərh etdi

"Xankəndi"nin baş məşqçisi tarixi matçdakı yenilgini belə şərh etdi
1-ci Lianın 8-ci turunda təmsil etdiyi şəhərdə "Karvan-Yevlax"ı qəbul edən Xankəndi 0:2 hesabı ilə məğlub oldu. "Hərbçilər"in baş məşqçisi İlahm Yadullayevlə əlaqə saxlayıb heç-heçəni şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Öncə sizin vasitənizlə azarkeşlərimizə təşəkkür edirəm. Xankəndidə əsl futbol bayramı ab-havası yaratdılar. Oyunu çox sayda azarkeş izlədiyi üçün əsl futbol atmosferi hiss etdik.
Bizim hədəfimiz bəllidir. Liqada qalmaq uğrunda mübarizə aparırırq. Rəqib isə çempionluğa oynayır. Məğlubiyyətə baxmayaraq, başabaş mübarizə getdi. Hətta ilk hissədə real qol epizodumuz var ki, həmin fürsəti qola çevirsəydik, nəticə tam fərqli ola bilərdi. Komandamdan tam razıyam. Taktiki, fiziki, psixoloji planda rəqibdən geri qalmadıq. Açığı, oyunun heç-heçə bitəcəyini düşündüyümüz vaxtda fərdi səhvə yol verdik. Elə bir oyun idi ki, tərəflərdən hansı səhv edəcəkdisə, digəri qalib gələcəkdi. Bizim futbolçunun fərdi səhvindən hesab açıldı və rəqib üstünlük əldə etdi. Vəziyyəti dəyişməyə, geridönüş etməyə çalışsaq da, qələbə "Karvan-Yevlax"ın oldu. Futbolçularımı heç vaxt qınamıram. Onlara apardıqları mübarizəyə görə təşəkkür edirəm".
Qeyd edək ki, hazırda hesabında 6 xal olan "Xankəndi" hazırda 1-ci Liqanın turnir cədvəlinin 8-ci pilləsində mövqe tutub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər