Azərbaycan U-20 İraqla qarşılaşır: Heyətlər açıqlandı

Azərbaycan U-20 İraqla qarşılaşır:  Heyətlər açıqlandı

Noyabrın 9-da Qəbələdə təlim-məşq toplanışına başlayan, ayın 16-dan isə hazırlığın ikinci mərhələsini Bakıda davam etdirən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti sınaq matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, Rui Jorjenin (Rui Jorge) baş məşqçisi olduğu komandamız İraq (Iraq) yığması ilə qarşılaşacaq.

Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq və saat 16:00-da start götürəcək.

Xatırladaq ki, tərəflər noyabrın 17-də də qarşılaşıblar. Sumqayıtda “SOCAR Polymer Arena”da keçirilən həmin qarşılaşmışmada qalib müəyyənləşməyib (0:0).

Qeyd edək ki, U-20 gələn il baş tutacaq dünya çempionatına hazırlaşır. Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi “FIFA U-20 World Cup" 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.

Azərbaycan (U-20) – İraq (U-20)

Azərbaycan: 1. Həbib Hüşənov, 4. Uğur Qurbanlı, 14. Murad Qurbanov, 3. Həzrət Səmədov, 24. Əhməd Tarverdiyev, 10. Anar Hüseynov, 18. Raul Süleymanov, 8. Hikmət Cəbrayılzadə, 23. Əli Bəşirov, 11. Şahin İbrahimov, 19. Nicat Nərimanov
Ehtiyat oyunçular: 12. Aftandil Arıxov, 22. Rüstəm Yarəhmədov, 15. Rəvan Feyziyev, 5. Rəşad Alışov, 13. Vüsal Paşayev, 2. Nadir Orucov, 20. İslam Həsənov, 6. Pünhan Qasımzadə, 16. İbrahim Babayev, 17. Eltun Babazadə, 21. Ziya Şəkərxanov, 7. Nihad Orucəli, 9. Şahnur İsmayılov
Baş məşqçi: Rui Jorje
İraq: 22. Hussein Mohammed, 4. Mohammed Başir (Mohammed Bashir), 20. Mohammed Rahman, 19. Karrar Kazım Sfayyih (Karrar Kazem Sfayyih), 2. Sayyad Hussein Casim (Sayyad Hussein Jasim), 16. Ali Alriza Haydar (Ali Alrida Haydar), 5. Muhammed Ali, 6. Rıza Başar Cabbar (Riza Bashar Jabbar), 11. Abbas Qatea Raca (Abbas Qatea Raja), 17. Murtaza Moxles (Murtadha Mukhlis), 21. Moamel Malik Sabah
Ehtiyat oyunçular: 1. Hussein Adnan Raif, 13. Ovs Qazi Hasan (Aws Qazi Hasan), 14. Ali İdris (Ali Idris), 3. Abdulrazzaq Ali Ab, 8. Ali Alakbar Amir Ali, 7. Alamer Haydar, 18. Yusif Casim (Yusuf Jasim), 23. Mohammed Haydar X. (Mohammed Haydar Kh.), 9. Mohammed Haydar, 15. Ali Xalid (Ali Khalid), 24. Xalid Abdulrahman (Khalid Abdulrahman), 10. Haydar Xaldun (Haydar Khaldun)
Baş məşqçi: Ahmed Salih

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər