"Beşiktaş"ın çexiyalı futbolçusu Vaslav Çerni (Václav Černý, Vaclav Cerny) ilə yollarını ayırmaq ehtimalı gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
İstanbul təmsilçisi qış transfer pəncərəsində 29 yaşlı cinah oyunçusu üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır.
Futbolçunun sabiq klubu "Reyncers" (Rangers) də onun xidmətində yenidən maraqlıdır. Lakin Şotlandiya təmsilçisinin transferi reallaşdırmaq ehtimalının hazırkı mərhələdə aşağı olduğu bildirilir.
Qeyd edək ki, Çerni 2024/25 mövsümündə icarə əsasında çıxış etdiyi "Reyncers"in heyətində bütün turnirlərdə 52 oyuna çıxaraq 18 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Çexiyalı futbolçu ötən mövsüm "Beşiktaş"ın heyətində 34 matçda 7 qol və 8 məhsuldar ötürmə edib. Cari mövsümdə isə 12 qarşılaşmada 4 qol və 1 asistlə seçilib.
Əlisahib İbrahimli