"Heç-heçə oyunun ruhuna uyğun nəticə idi" - İlham Yadullayev

"Heç-heçə oyunun ruhuna uyğun nəticə idi" - İlham Yadullayev
1-ci Lianın 8-ci turunda digər iddialı "Səbail"i qəbul edən MOİK meydandan qolsuz bərabərlik sayəsində 1 xalla ayrıldı. "Hərbçilər"in baş məşqçisi İlahm Yadullayevlə əlaqə saxlayıb heç-heçəni şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqibimizin güclü olduğu, çempionluq uğrunda mübarizə apardığı məlumdur. "Səbail"i təhlil etmişdik. Uda da bilərdik, uduza da. Amma heç-heçə oyunun ruhuna uyğun nəticə idi. Birinci yarıda az sayda qol imkanımız oldu. Bir-iki real fürsət yaxaladıq. İkinci yarıda isə rəqibin qapısı qarşısında daha təhlükəli göründük. Təəssüf ki, ələ düşən imkanları lazımınca dəyərləndirə bilmədik. Rəqibin də qol vəziyyətləri yaratdığını deməliyəm. Düşünürəm ki, bərabərlik ədalətli sonluqdur. Yolumuza davam edəcəyik".
Qeyd edək ki, hazırda hesabında 15 xal olan MOİK hazırda 1-ci Liqanın turnir cədvəlinin 4-cü pilləsində mövqe tutub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər