"Fənərbağça"nın (Fenerbahçe, Fenerbahce) prezidenti Aziz Yıldırım "Real Madrid"lə müqaviləsini 2032-ci ilə qədər uzadan Arda Gülerə təbrik məktubu ünvanlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "beIN SPORTS" yayıb.
Mənbənin məlumatına görə, Yıldırım Türkiyə millisinin üzvünün yeni müqaviləsindən böyük məmnunluq duyduğunu bildirib.
Klubun rəsmi saytında yayımlanan məktubda Yıldırım gənc futbolçunun uğurunun onun futbola bağlılığının, zəhmətinin, əzminin və çalışqanlığının nəticəsi olduğunu vurğulayıb.
O, Arda Gülerin həm "Fənərbağça"dakı çıxışını, həm də milli və beynəlxalq arenadakı fəaliyyətini daim təqdirlə izlədiklərini qeyd edib.
Yıldırım məktubunda bu ifadələrə də yer verib:
"Yaxşı ki, "Fənərbağça"lısan və yaxşı ki, bizim şanlı gerbimizi və formamızı daşımısan".
Klub rəhbəri Arda Gülerə yeni müqaviləsinin xeyirli olmasını arzulayıb və onun "Real Madrid"də yeni uğurlara imza atacağına inandığını bildirib.
Qeyd edək ki, 21 yaşlı Arda Güler 2023-cü ildə "Fənərbağça"dan "Real Madrid"ə transfer olunub. Türkiyəli futbolçu yeni müqavilə ilə İspaniya klubundakı gələcəyini 2032-ci ilə qədər təmin edib.
Əlisahib İbrahimli