Azərbaycanın UFC-dəki (Ultimate Fighting Championship) təmsilçisi Tahir Abdullayev növbəti qələbəsinə imza atıb.
Fanat.Az xəbər verir ki, idmançımız Qətərin paytaxtı Dohada keçirilən "UFC Fight Night" turnirində təcrübəli avstraliyalı döyüşçü Ceyk Metyusla (Jake Matthews) üz-üzə gəlib.
Gərgin və baxımlı keçən qarşılaşmada rəqibinə heç bir şans verməyən həmyerlimiz hər 3 raundda üstün oyun nümayiş etdirib.
Döyüşün yekununda hakimlər yekdil qərarla qələbəni Tahir Abdullayevə veriblər.
Qeyd edək ki, bu, təmsilçimizin UFC-də ardıcıl ikinci qələbəsi olub.
Kamil Xudiyev