"Səbail" ayrılıq astanasında

"Səbail" ayrılıq astanasında
1-ci Liqa təmsilçisi "Səbail" dəyişiklik astanasındadır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, heyət və maaş büdcəsi baxımından bütün rəqiblərindən üstün olan komandanın turnir cədvəlində 5-ci pillədə qərarlaşması rəhbərliyin ürəyincə deyil.
Xüsusilə, sözügedən kollektivin çempionluğa oynayan klublarla görüşlərdə qələbə qazana bilməməsi futbolçuların da özünəinamını itirib. Artıq bu yay baş məşqçi postuna gətirilən Elnur Abdullayevin göndərilməsi gündəmdədir. Düzdür, hələ Abdullayevə "əşyalarını toplamaq vaxtıdır" deyən olmayıb, amma hər şey buna aparır. Növbəti uğursuz nəticənin radikal addımla nəticələnəcəyi gözlənilir.
Qeyd edək ki, "Səbail" Abdullayevin rəhbərliyi altında 3 qələbə 4 heç-heçə və 1 yenilgi ilə yadda qalıb. "Karvan-Yevlax", "Gəncəbasar" və MOİK-lə görüşlər bərabərliklə yekunlaşıbsa, digər iddialı "Şahdağ Qusar"la matç "dənizçilər"in minimal hesablı yenilgisi ilə başa çatıb.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər