1-ci Liqa: "Gəncəbasar" "Şahdağ Qusar"ı taxtdan sala bilmədi

1-ci Liqa: "Gəncəbasar" "Şahdağ Qusar"ı taxtdan sala bilmədi
Azərbaycan 1-ci Liqasında 8-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci günündə 2 matç baş tutub.
Turun mərkəzi oyununda lider "Şahdağ Qusar" ilə ən yaxın izləyicisi, çempionluğa digər iddialı "Gəncəbasar" üz-üzə gəlib. Binədə təşkil olunan prinsipial matçda qalib müəyyənləşməyib. Görüşdə qol olmayıb.
Şamaxıda isə "Şimal" ilə "Zaqatala" qarşılaşıb. Xaçmaz təmsilçisi rəqibi üzərində böyük hesablı qələbə qazanıb.
Qeyd edək ki, dünən baş tutan oyunlarda "Mingəçevir" evdə "Baku Sportinq"i 1:0, "Karvan Yevlax" "Xankəndi"ni səfərdə 2:0 hesabı ilə məğlub edib, MOİK - "Səbail" matçında isə qalib müəyyənləşməyib - 0:0.
1-ci Liqa
8-ci tur
20 noyabr
“Şahdağ Qusar” – “Gəncəbasar” 0:0
Hakimlər: Kamal Umudlu, Rəhman Aslanov, Asif Abdullayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu.
“Şimal” – “Zaqatala” 4:1
Qollar: N.Osmanov, 25. M.Dadaşev, 53, 63. L.Bamba (Lassina Bamba), 82 - S.Anadem (Samuel Anadem), 70.
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Elman Kərimov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər