"Üzücü və gözləmədiyimiz məğlubiyyət idi" - "Zaqatala"nın baş məşqçisi

"Üzücü və gözləmədiyimiz məğlubiyyət idi" - "Zaqatala"nın baş məşqçisi

1-ci Liqanın 8-ci turunda "Şimal"ın qonağı olan "Zaqatala" növbəti ağır məğlubiyyətini aldı - 1:4. Qonaqların baş məşqçisi Rakif Əliyev Şamaxıda baş tutan görüşün ardından fikirlərini Fanat.Az-a bölüşdü:

"Üzücü və gözləmədiyimiz məğlubiyyət idi. Oyunda taktiki planda bəzi sürprizlərlə qarşılaşdım. Bir qədər fərqli hazırlaşmışdıq. İstədiyimiz futbolu oynaya bilmədik. Rəqibin heyətində ölkəmizin U-21 millisinə də dəvət alan Niyazi Osmanov seçilən futbolçudur. O, çox yaxşı performansla diqqət çəkdi. İlk qolu məhz Niyazi vurdu və gəcnlərdən qurulmuş komandamız sanki ruhdan düşdü. Rəqibi təbrik edirəm. Matçdan öncə də kompakt oynayan, təhlükəli hücumlar quran kollektivə qarşı oynayacağımızı demişdim. Artıq bu matçı unudub "Xankəndi" ilə görüşə köklənməliyik".
Qeyd edək ki, hesabında 5 xal olan "Zaqatala" 1-ci Liqanın turnir cədvəlində 9-cu pillədə mövqe tutub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər