Azərbaycanda çalışmış tanınmış məşqçinin yeni iş yeri bəlli oldu

Azərbaycanda çalışmış tanınmış məşqçinin yeni iş yeri bəlli oldu
Azərbaycan futbol ictimaiyyətinə yaxşı tanış olan gürcüstanlı mütəxəssis Kaxaber Tsxadadzenin (Kakhaber Tskhadadze) yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, təcrübəli çalışdırıcı Latviyanın "Liepaya" (FK Liepāja) klubunun baş məşqçisi təyin olunub.
Futbolçu karyerası ərzində Moskva "Dinamo"su (Dynamo Moscow) və Frankfurt "Ayntraxt"ı (Eintracht Frankfurt) kimi tanınmış komandaların formasını geyinən Tsxadadze məşqçilik dönəmində ölkəmizdə də uzun müddət fəaliyyət göstərib. 
Belə ki, 58 yaşlı mütəxəssis müxtəlif illərdə Bakının "İnter" (hazırkı "Şamaxı") və "Qəbələ" klublarını çalışdırıb.
Kamil Xudiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər