"Çox məyusedici xal itkisidir" - Rəşad Sadıqov

"Çox məyusedici xal itkisidir" -  Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 12-ci turunda səfərdə “İmişli” ilə 2:2 hesablı heç-heçə etdikləri matçdan danışıb.
Fanat.Az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında oyunun gedişatını dəyərləndirərkən bunları söyləyib:
“Oyun bizim üçün uğurlu keçirdi. 70-ci dəqiqəyə qədər yaxşı oynayırdıq. Qol epizodlarımız var idi. Həmin dəqiqələrdə hamının ağlında hesabın böyüyəcəyi düşüncəsi var idi. Amma rəqibin qazandığı iki penalti hər şeyi dəyişdi. Ondan sonra yaxşı qol fürsətimiz oldu, amma fərqlənə bilmədik. Çox məyusedici xal itkisidir. Ssenari fərqli olsaydı, “İmişli” ilə matçda qazanılan 1 xal uğurlu hesab oluna bilərdi. Amma yaxşı oyunla 2:0 öndə olanda… Qəribə alındı. Rəqibə qol epizodu vermədən 2 qol buraxdıq. Uğursuz statistikamız davam edir. Qapımıza gələn 3 zərbədən ikisi qolla nəticələnir. Belə statistika olan qələbə qazanmaq çətindir. Növbəti oyunlarda bunu dəyişməyə çalışacağıq”.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər