“Milan” klubu qış transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün Bundesliqada (Bundesliga) çıxış edən futbolçuya göz dikib.
Fanat.Az xəbər verir ki, İtaliya klubu “Ştutqart”ın (Stuttgart, VfB Stuttgart) hücumçusu Ermedin Demiroviçi (Ermedin Demirović, Ermedin Demirovic) heyətinə qatmaq istəyir.
İnformasiyanı “Football Italia” yayıb.
Milan təmsilçisi 28 yaşlı forvardı hücum xətti üçün nəzərdən keçirilən namizədlərdən biri hesab edir. Klubun transfer siyahısında “Real Madrid”in futbolçusu Endrik (Endrick) və “Brügge”nin (Club Brugge) hücumçusu Nikolo Tresoldi (Nicolo Tresoldi) də yer alır.
Demiroviçin adı daha əvvəl “Qalatasaray”la (Galatasaray) da hallanıb. İstanbul təmsilçisi yay transfer pəncərəsində bosniyalı futbolçunu heyətinə qatmağa çalışsa da, “Ştutqart”la razılıq əldə edə bilməyib.
Bildirilir ki, Almaniya klubu hücumçusunu təxminən 35 milyon avro dəyərində qiymətləndirir. Futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Əlisahib İbrahimli