Azərbaycan təmsilçisi İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Yarışın ikinci günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan paralimpiya çempionu 1/8 finalda almaniyalı Kolya Qrabeni (Kolya Grabeni) məğlub edib.
O, 1/4 finalda türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. Bu mərhələdə meksikalı Xuan Qarsiya (Juan García, Juan Garcia) ilə qarşılaşan Xəlilov rəqibinə uduzub.