İtaliya B Seriyasında 12-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Lorenzo Mezzoteronun çıxış etdiyi "Sampdoriya" (Sampdoria) doğma meydanda "Benevento"nu qəbul edib. Qarşılaşma Genuya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matça əsas heyətdə başlayan 18 yaşlı hücumçu görüşün 34-cü dəqiqəsində rəqib qapısına yol taparaq matçda son nöqtəni qoyub.
Mezzoteronun qolunda məhsuldar ötürməni İtaliya millisinin sabiq ulduzu, Avropa çempionu Lorenso İnsinye (Lorenzo Insigne) verib.
59-cu dəqiqədə əvəzlənən gənc forvard komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.