İlham Zəkiyev Qran-pridə bürünc medala yiyələndi

İlham Zəkiyev Qran-pridə bürünc medala yiyələndi

Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-pri yarışında J1 kateqoriyası, +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Paracüdoçumuz 1/8 finalda britaniyalı Den İnqliş (Dan English) üzərində qələbə qazanıb, 1/4 finalda moldovalı İan Basoka (Ian Basoca) məğlub olub.

Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər