MPL: "Neftçi" Şamaxıda, "Qarabağ" Gəncədə matça çıxır - YENİLƏNİR

MPL: "Neftçi" Şamaxıda, "Qarabağ" Gəncədə matça çıxır - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 12-ci tur başa çatacaq.

Fanat.Az xəbər verir ki, son gündə 2 görüş reallaşacaq.
Öncə “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edəcək. Şamaxıda keçiriləcək matçda ədaləti Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası qoruyacaq.
Son görüş isə Gəncədə gerçəkləşəcək. “Kəpəz” öz meydanında “Qarabağ”la üz-üzə gələcək. Bu oyunu Rauf Cabbarov idarə edəcək.
Daha öncə keçirilən “İmişli” – “Zirə” matçında (2:2) qalib müəyyənləşməyib, “Sumqayıt” evdə “Sabah”a (1:5), “Şamaxı” “Turan Tovuz”a (0:2), “Şəfa” “Qəbələ”yə (0:2) uduzub.
Premyer Liqa
12-ci tur
22 noyabr
“Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev.
VAR: Fərid Hacıyev.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı şəhər stadionu, 14:30.
“Kəpəz” – “Qarabağ”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev.
VAR: Əkbər Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Gəncə şəhər stadionu, 17:00.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər