Azərbaycan 2-ci Liqasında 12-ci tura bu gün start veriləcək.
Fanat.Az xəbər verir ki, tur “Şəki” “Kür-Araz” qarşılaşması ilə başlayacaq.
Oyun saat 13:00-da baş tutacaq.
Günün digər matçlarında “Ağstafa Gəncləri” və “Hypers” də güclərini sınayacaqlar.
“Şirvan” isə doğma meydanda “Qaradağ Lökbatan”la münasibətlərinə aydınlıq gətirəcək.
Tura sabah keçiriləcək “Difai” – “Marafon” və “Şəmkir” – “Ağdaş” oyunları ilə yekun vurulacaq.
Qeyd edək ki, noyabrın 25-də baş tutmalı olan “Zəngəzur” - “Dinamo” (Dynamo) görüşü təxirə salınıb.
Azərbaycan 2-ci Liqası
12-ci tur
22 noyabr
13:00. “Şəki” – “Kür-Araz”
Hakimlər:
Hakim-inspektor:
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
14:30. “Ağstafa Gəncləri” – “Hypers”
Hakimlər:
Hakim-inspektor:
AFFA nümayəndəsi: Eldar Məmmədov
Ağstafa şəhər stadionu.
14:30. “Şirvan” – “Qaradağ Lökbatan”
Hakimlər:
Hakim-inspektor:
AFFA nümayəndəsi: Elman Musayev
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.