Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirildi

Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirildi
Xankəndidə "Prezident kuboku" uğrunda 5 kilometr məsafəyə qaçış yarışı təşkil olunub.
Fanat.Az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 300-ə yaxın idmançı və iştirakçının mübarizə apardığı yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, atletikanın inkişafı və bölgədə idmana marağın artırılmasıdır.
Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi, Qarabağ Universitetinin Sağlam Həyat Mərkəzinin direktoru və Azərbaycan Atletika Federasiyasının baş katibi iştirak edib.
Yarışın sonunda müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib. Fərqlənən idmançılar medal və kuboklarla mükafatlandırılıblar.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər