2-ci Liqa: "Şəmkir" "Ağdaş"la, "Marafon" "Difai" ilə qarşılaşır

2-ci Liqa: "Şəmkir" "Ağdaş"la, "Marafon" "Difai" ilə qarşılaşır
Azərbaycan 2-ci Liqasında 12-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci günündə 2 matç baş tutacaq.
Eyni vaxtda başlayacaq oyunlarda "Şəmkir" Şirvanda "Ağdaş"ı, "Difai" isə Bakıda "Marafon"u qəbul edəcək.
Qeyd edək ki, dünənki görüşlərdə "Qaradağ Lökbatan" "Şirvan"ı 1:0, "Kür-Araz" "Şəki"ni 3:1, "Hypers" isə "Ağstafa Gəncləri"ni 2:0 hesabı ilə məğlub edib.
Turun "Zəngəzur" - "Dinamo" oyunu təxirə salınıb.
Azərbaycan 2-ci Liqası
12-ci tur 23 noyabr
“Şəmkir” – “Ağdaş”
Hakimlər: Rasim Musayev, Cavid Ömərov, Samir Cabbarov, Ləman Əmirli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Şirvan. Olimpiya İdman Kopmpleksinin stadionu, 14:00
“Difai” – “Marafon”
Hakimlər: Nəriman Ağayev, Sadiq Əliyev, Əkbər Əliyev, Rauf Salamov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Bakı. “Palms Sports Futbol Mərkəzi (IV meydança), 14:00
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər