"Bayern" Olise ilə bağlı yayılan transfer iddialarına münasibət bildirdi

"Bayern" Olise ilə bağlı yayılan transfer iddialarına münasibət bildirdi
"Bayern Münhen"in prezidenti Herbert Hayner komandanın hücumçusu Maykl Olisenin gələcəyi ilə bağlı mövqeyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Hayner fransalı futbolçunun "Real Madrid"ə mümkün keçidi ilə bağlı yayılan xəbərlərə son qoyub.
Bu barədə AS məlumat yayıb.
Klub rəhbərinin sözlərinə görə, Münhen təmsilçisi Olisenin satılmasını düşünmür. Hətta "Real Madrid"in 300 milyon avroluq təklif göndərməsi halında belə, "Bayern"in futbolçunu buraxmaq niyyətində olmadığı bildirilib.
Hayner həmçinin qeyd edib ki, Olise klubda özünü rahat hiss edir və onunla 2029-cu ilin yayına qədər qüvvədə olan müqaviləsi var.
"Bayern"nin prezidenti bildirib ki, "Real Madrid"in prezidenti Florentino Pereslə də bu məsələni müzakirə edib. Peres ona Madrid klubunun Olise və ya onun agenti ilə danışıqlar aparmadığını deyib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər