Nqumoha 28 illik rekordu "Mançester Yunayted"ə qarşı oyunda qırdı

Nqumoha 28 illik rekordu "Mançester Yunayted"ə qarşı oyunda qırdı
"Liverpul"un gənc istedadı Rio Nqumoha "Mançester Yunayted"lə keçirilən və 4:0 hesabı ilə başa çatan qarşılaşmada diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki,18 yaşlı futbolçu bu matçda fərqlənməklə əfsanəvi Maykl Ouenə məxsus 28 illik rekordu yeniləyib.
İnformasiyanı "Goal" yayıb.
Məlumata görə, Nqumoha 18 yaş 85 günlük olarkən "Mançester Yunayted"ə qarşı fərqlənərək bu rəqibə qol vuran ən gənc "Liverpul" futbolçusu olub. O, 1998-ci ildə 18 yaş 117 günlük olarkən bu uğura imza atan Maykl Ouenin rekordunu geridə qoyub.
Gənc hücumçu qarşılaşmada təkcə qolu ilə deyil, məhsuldar ötürməsi ilə də yadda qalıb. O, Florian Virtsin qolunda assist müəllifi olub.
Nqumohanın bu çıxışı onun böyük potensialını bir daha nümayiş etdirib. Bununla belə, gənc futbolçu fərdi uğurlardan daha çox komandanın nəticəsinə önəm verdiyini bildirib.
"Liverpul" azarkeşləri üçün bu performans gələcəkdə komandanın əsas ulduzlarından birinə çevrilə biləcək yeni istedadın xəbərçisi kimi qiymətləndirilir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər