Frenki De Yonq “Sabah”la matçdan öncə nə danışdı?

Frenki De Yonq “Sabah”la matçdan öncə nə danışdı?
“Sabah” noyabrın 25-də Bakıda “Barselona” (Barcelona) ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında “Barselona”nın futbolçusu Frenki De Yonq (Frenkie de Jong) jurnalistlərin suallarına cavab verib.
- “Sabah”ı az tanıyırsınız. Bu görüşlə bağlı nə düşünürsünüz?
- Bu matçlara yaxşı başlamaq lazımdır. Həmişə olduğu kimi yaxşı performans göstərməliyik.
- Dünya çempionatındazədə yaşadınız. Kapitanlıq əlindən alındı, bunu necə qəbul etdiniz? Necə qarşıladınız?
- Bu zədə barədə danışmışam. Məşqçi ilə aram yaxşıdır.
- Rodri gəldikdən sonra az oynayırsınız və fərqli mövqelərdə çıxış edirsən. Bu barədə nə düşünürsünüz?
- Özümü yaxşı hiss edirəm. Özgevənliyəm. Ən yaxşısını etməyə çalışacam. Start heyətə dönmək istəyirəm.
- Lamin Yamalın (Lamine Yamal) yoxluğu hiss olunacaq?
- Bəli. Çox təhlükə yarada bilən futbolçudur. Onu əvəz etməyə və qələbə qazanmaq üçün bacarığımız var.
- Mərkəz müdafiəçisi kimi oynamısınız. Hans-Diter Flik (Hans-Dieter Flick) sizə hansı mövqedə oynayacağını söyləyib?
- Məşqlərin birində mərkəz müdafiədə oynamağımı istədi. “Alaves”ə (Alavés) qarşı ilk dəfə bu mövqedə oynadım.
- “Vilyarreal”a (Villarreal) qarşı matçınız çətin oldu. 25 noyabr “Sabah”a qarşı oynayacaqsınız. Daha sonra “Deportivo” ilə bu sizə necə təsir edir?
- Təbii ki, çətindir. Ümid edirik ki, sabahkı matç yaxşı olacaq. Müəyyən mənada enerjimiz var. Buna hazırıq.
- Fasilədə sizin zədənizə görə, azarkeşlər məyus idi. Necə geri dönməyi bacardınız?
- Mövqeyimlə bağlı müzakirələr aparılırdı. Bütün mediada belə xəbərlər yayılırdı. Ən tez vaxtda geri dönməyə çalışdım.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər