Futzal üzrə Yüksək və Birinci Liqalarda 2026/2027 mövsümünə start verilib.
Fanat.Az xəbər verir ki, "Olimpik Star" idman kompleksində təşkil olunan 10 qarşılaşmada ümumilikdə 133 qol vurulub.
Yüksək Liqanın ilk turunda "Şuşa MFC" "Marafon İK"nı 5:2 hesabı ilə məğlub edib.
Turun ən böyükhesablı qələbəsini "Neftçi İK" qazanıb. Komanda "Rəvan FK" üzərində 12:1 hesablı qələbə əldə edib.
Birinci Liqada isə turun ən məhsuldar oyunu "Bakı MFK" ilə "İçəri şəhər Bakı" arasında keçirilib. Bu görüşdə "Bakı MFK" rəqibini 28:0 hesabı ilə məğlub edib.
Nəticələri təqdim edirik:
Yüksək Liqa
I tur
"Marafon İK" – "Şuşa MFC" 2:5
"İmişli FK" – "Xankəndi MFK" 3:11
"Baku Fire" – "AtiDel Ordubad PFK" 7:3
"Yasamal Bakı" – "Araz-Naxçıvan" 1:4
"Rəvan FK" – "Neftçi İK" 1:12
Birinci Liqa
I tur
"Ulduz Bakı" – "Baku Fire-1" 2:9
"MC Finans" – "Metropoliten Bakı" 10:3
"Star Kargo" – "Neftçala PFK" 10:6
"Bakı MFK" – "İçəri şəhər Bakı" 28:0
"Xəzər FK" – "Xan Lənkəran MFK" 0:16