"Kəpəz"in futbolçusu Premyer Liqada 100-cü oyununu keçirdi

"Kəpəz"in futbolçusu Premyer Liqada 100-cü oyununu keçirdi

“Kəpəz”in futbolçusu Əli Səmədov Premyer Liqada 100-cü oyununu keçirib.

Fanat.Az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının 12-ci turunun “Qarabağ”la ev matçına təsadüf edib.

29 yaşlı müdafiəçi bu görüşlərdə 1 qola imza atıb.

Debütü 2015/16 mövsümünə təsadüf edən futbolçu iki klubda çıxış edib. Gəncə klubunda 86 oyunda 1 qola sevinən müdafiəçi “Şamaxı”da 14 dəfə meydana çıxıb.
Qeyd edək ki, Səmədov turnirin tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçudur.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər