Yamal "Sabah"la matçda iştirak etməyəcək

Yamal "Sabah"la matçda iştirak etməyəcək
İspaniyanın "Barselona" klubunun gənc ulduzu Lamin Yamal Bakıda "Sabah"la üz-üzə gələcəkləri UEFA Çempionlar Liqasının matçında komandasına kömək edə bilməyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, 19 yaşlı vinger sağ topuğunda yaranan yüngül narahatlıq səbəbindən Bakıdakı qarşılaşmada iştirak etməyəcək.
Futbolçunun bazar günü "Deportivo" ilə keçiriləcək görüşdə meydana qayıtması gözlənilir.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq "Sabah" - "Barselona" matçı saat 21:45-də başlayacaq.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər