"Sabah" - "Barselona" matçının hakimləri açıqlandı

"Sabah" - "Barselona" matçının hakimləri açıqlandı
"Sabah" və "Barselona" arasında baş tutacaq UEFA Çempionlar Liqasının qarşılaşmasını idarə edəcək hakimlər briqadasının adları açıqlanıb.
Fanat.Az xəbər verir ki, turnirin Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək matçın idarəçiliyi şotlandiyalı referilərə həvalə olunub.
Görüşün baş hakimi FİFA referisi Nikolas Uolş olacaq. Ona yan xətt hakimləri Frensis Konnor və Deniel Makfarleyn yardım edəcəklər. Donald Robertson isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Video köməkçi hakim (VAR) vəzifəsini Endryu Dallas, onun köməkçisini (AVAR) isə Stiven Maklin icra edəcək.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" oyununun start fiti saat 21:45-də səslənəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər