"Barselona" Bakıdakı mətbuat konfransına hansı ulduzu çıxarır?

"Barselona" Bakıdakı mətbuat konfransına hansı ulduzu çıxarır?
UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "Sabah" – "Barselona" (Barcelona) matçından əvvəl Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Fliklə (Hansi Flick) birlikdə jurnalistlərin suallarını cavablandıracaq futbolçunun adı müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sabah saat 19:15-də baş tutacaq rəsmi mətbuat konfransında almaniyalı mütəxəssisin yanında komandanın aparıcı yarımmüdafiəçisi Frenki de Yonq (Frenkie de Jong) yer alacaq.
"Barselona" Bakıdakı mətbuat konfransına hansı ulduzu çıxarır?
Niderland milli komandasının üzvü baş məşqçi ilə birlikdə Bakıda media nümayəndələrinin önünə çıxaraq "Sabah"la qarşılaşma öncəsi komandadakı son durum və gözləntiləri barədə fikirlərini bölüşəcək.
Qeyd edək ki, "Sabah" – "Barselona" görüşü noyabrın 25-i saat 21:45-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
Kamil Xudiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər