UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Sabah"ın qonağı olacaq "Barselona"nın planları bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, İspaniya nəhəngi bu gün Bakıda olacaq.
"Blauqrana"nı gətirən təyyarənin Bakı vaxtı ilə 21:00-da hava limanına eniş edəcəyi gözlənilir. "Barsa" artıq hotel seçimini də edib. Kataloniyalılar "Ritz Charlton" otelində məskunlaşacaqlar.
Xatırladaq ki, "Sabah" - "Barselona" görüş noyabrın 25-də baş tutacaq. Bakı Olimpiya Stadionunda (BOS) reallaşacaq görüşün start fiti saat 21:45-də səsləndiriləcək.
Nihat