Qazaxıstanın məşhur idman portalı “Goal.kz” Azərbaycan Premyer Liqasının səviyyəsi, rəqabət mühiti və klubların transfer siyasəti ilə bağlı təhlil yazısı dərc edib.
Fanat.Az xəbər verir ki, nəşr Azərbaycan çempionatının “qızıl dövrünü” yaşadığını, çempionluq mübarizəsinin isə İngiltərə Premyer Liqasını xatırlatdığını yazıb.
Məqalədə Yuri Vernidub (Yuriy Vernydub), Kurban Berdiyev (Kurban Berdyev), Valdas Dambrauskas və Qurban Qurbanov kimi məşqçilərin səviyyəsi ön plana çəkilib.
Bundan başqa, Azərbaycan klublarının transfer siyasəti də yüksək qiymətləndirilib. Nəşrin fikrincə, Qazaxıstan klubları daha çox MDB ölkələrinin futbol bazarına üz tutduğu halda, Azərbaycan təmsilçiləri Portuqaliya, Fransa və Braziliya kimi ölkələrdən futbolçular cəlb etməklə seleksiya işində fərqli yanaşma sərgiləyirlər.
Məqalənin sonunda Azərbaycan futbolunun infrastrukturu və çempionatda tətbiq olunan qaydalar Qazaxıstan üçün nümunə göstərilib. Xüsusilə 12 klubun iştirakı, legioner limitinin olmaması, stadionların sertifikatlaşdırılması və meydançaların vəziyyəti müsbət məqamlar kimi qeyd edilib.
Kamil Xudiyev