Türkiyənin “Ərzurumspor” (Erzurumspor) klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin komandadakı gələcəyi sual altına düşüb.
Fanat.Az-ın məlumatına görə, 22 yaşlı forvard Türkiyə Super Liqasının 14-cü turunda “Göztəpə”yə (Göztepe, Goztepe) qarşı keçirilən və 0:1 hesabı ilə başa çatan matçda da meydana çıxmayıb. Baş məşqçinin ona mütəmadi oyun şansı verməməsi gənc hücumçunun narazılığına səbəb olub.
ABŞ-nin “Kolambus Kryu” (Columbus Crew) klubundan icarə əsasında “Ərzurumspor”a keçən Axundzadənin qış transfer pəncərəsində komandadan ayrılması ehtimalı gündəmdədir. Onun icarə müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi gözlənilir.
Qeyd edək ki, Nəriman Axundzadə 2026-cı ilin fevralında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub, avqustda isə Türkiyə klubuna icarəyə verilib.
Kamil Xudiyev