“Sabah” “Barselona” matçından əvvəl açıq məşq keçirdi

“Sabah” “Barselona” matçından əvvəl açıq məşq keçirdi
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda İspaniyanın “Barselona” (Barcelona) komandası ilə qarşılaşacaq “Sabah” matçdan öncə son məşqini keçirib.
Fanat.Az xəbər verir ki, ölkə təmsilçisinin Bakı Olimpiya Stadionunda keçirdiyi məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Hazırlıq zamanı futbolçular əvvəlcə isinmə hərəkətləri edib, daha sonra müxtəlif tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki, “Sabah” - “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 21:45-də səsləndiriləcək.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər