"Bu qarşılaşmada da hədəfimiz dəyişməzdir" - Seymur MOİK-i yenəcəklərinə inanır

"Bu qarşılaşmada da hədəfimiz dəyişməzdir" - Seymur MOİK-i yenəcəklərinə inanır
Ötən tur lider "Şahdağ Qusar"la Binə qəsəbə stadionunda qolsuz bərabərliyə razılaşan "Gəncəbasar" növbəti çempionat matçını öz meydanında MOİK-ə qarşı keçirəcək. Gəncə təmsilçisinin müdafiəçisi Seymur Rəhimovla əlaqə saxlayıb "hərbçilər"lə matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"MOİK ilə oyuna hazırlığımız yüksək səviyyədə davam edir. Komanda olaraq məşqlərdə səylə çalışır, qarşıdakı matça ciddi yanaşırıq. Həm fiziki, həm də taktiki baxımdan ən yaxşı vəziyyətdə olmaq üçün əlimizdən gələni edirik. Hər birimiz bu oyunun məsuliyyətini anlayırıq. Əsas məqsədimiz meydanda öz oyunumuzu göstərmək, komanda şəklində mübarizə aparmaq və istədiyimiz nəticəni qazanmaqdır.
Oyundan gözləntim, təbii ki, qələbədir. Biz hər oyuna qələbə əzmi ilə çıxırıq və bu qarşılaşmada da hədəfimiz dəyişməzdir. İnanıram ki, düzgün hazırlıq, komanda ruhu və sona qədər mübarizə aparmaq istəyimiz sayəsində azarkeşlərimizi sevindirə biləcəyik. Əlimizdən gələnin ən yaxşısını edərək meydandan 3 xalla ayrılmaq istəyirik".
Qeyd edək ki, hazırda hesabında 17 xal olan "Gəncəbasar" turnir cədvəlinin 2-ci, 15 xala malik nazirlik komandası isə 4-cü pilləsində mövqe tutub. Sözügedən matç noyabrın 26-da baş tutacaq. Gəncə şəhər stadionunda reallaşacaq görüşün start fiti 19:00-da səsləndiriləcək.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər