Super Liqa: Dördüncü tur start götürür

Super Liqa: Dördüncü tur start götürür
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 4-cü turun bir oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, günün yeganə oyununda "Milli Aviasiya Akademiyası" və "Naxçıvan" komandaları üz-üzə gələcək.
“Milli Aviasiya Akademiyası” klubunun idman zalında baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.
“Milli Aviasiya Akademiyası” 2 oyunda 3 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Naxçıvan" isə ilk 3 turda 5 xal əldə edib və 4-cü sıradadır.
Qeyd edək ki, turun qalan oyunları noyabrın 27-də (“Azərreyl” – “Murov Az Terminal”) və 28-də (“Azərmaş Abşeron” – “Turan”, “Gəncə” – UNEC) keçiriləcək. Bu turda “DH Volley” komandası istirahət edəcək.
Super Liqa
4-cü tur
24 noyabr
16:00. Milli Aviasiya Akademiyası – Naxçıvan
“Milli Aviasiya Akademiyası” klubunun idman zalı.
Xal durumu: DH Volley - 6 xal (2 oyun), Turan - 6 (2 oyun), Murov Az Terminal - 6 (3 oyun), Naxçıvan - 5 (3 oyun), Milli Aviasiya Akademiyası - 3 (2 oyun), Azərreyl - 3 (2 oyun), Azərmaş Abşeron - 3 (2 oyun), Gəncə - 1 (3 oyun), UNEC - 0 (3 oyun).
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər