"Şaxtyor Donetsk" (Shakhtar Donetsk) UEFA Çempionlar Liqasının "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) ilə oyunundan əvvəl çətinliklə üzləşib.
Fanat.Az xəbər verir ki, Ukrayna çempionunun 8 oyunçusu Polşa sərhədində saxlanılıb.
Klubun mətbuat xidməti məsələ ilə bağlı açıqlma yayıb:
"Polşa sərhədçilərinin əlavə yoxlamaları səbəbindən bir neçə futbolçumuz sərhəddə gecikdi. Bu, gözləniləndən daha uzun çəkdi, ona görə də komanda onlarsız Londona yola düşdü. Oyunçular sonradan komandaya qoşuldular və səhər artıq klubun düşərgəsində idilər".
Xatırladaq ki, türkiyəli mütəxəssis Arda Turanın baş məşqçisi olduğu Donetsk komandası noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Fənərbağça" ilə qarşılaşacaq. Görüş "Stemford Bric"də (Stamford Bridge) baş tutacaq.
Mirağa