Osimhen "Aston Villa"ya qarşı oynayacaq? - Okan Buruk açıqladı

Osimhen "Aston Villa"ya qarşı oynayacaq? -  Okan Buruk açıqladı
"Qalatasaray"ın (Galatasaray) baş məşqçisi Okan Buruk Viktor Osimhenin (Victor Osimhen) zədəsi ilə bağlı son vəziyyəti açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "beIN SPORTS" məlumat yayıb.
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Aston Villa" ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında nigeriyalı hücumçunun meydana çıxmayacağını bildirib.
Buruk, "Osimhen sabah olmayacaq. Yakobs (Erik Kahl Yakobs) üçün son yoxlamanı həyata keçirəcəyik. Onu ehtiyat oyunçular skamyasına daxil edə bilsək, yaxşı olar", - deyə qeyd edib.
Baş məşqçi Osimhen və Roland Şallainin (Roland Sallai) növbəti matçda meydana çıxmaq ehtimalının olduğunu da vurğulayıb. Onun sözlərinə görə, futbolçuların vəziyyəti "Beşiktaş"la qarşılaşma öncəsi qiymətləndiriləcək.
Qeyd edək ki, "Qalatasaray" - "Aston Villa" oyunu bu gün Bakı vaxtı ilə saat 21:45-də baş tutacaq.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər