Lionel Skaloni dünya çempionatına vəsiqə qazandı - FOTO

Lionel Skaloni dünya çempionatına vəsiqə qazandı - FOTO
Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni (Lionel Scaloni) fərqli idman növündə özünü sınayaraq ciddi uğur qazanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Radiocanal" yayıb.
48 yaşlı mütəxəssis Pataqoniyada keçirilən "Gran Fondo Siete Lagos" velosiped yarışında öz yaş kateqoriyasında üçüncü yeri tutub.
Lionel Skaloni dünya çempionatına vəsiqə qazandı- FOTO
Skaloni 110 kilometrlik yarışı 2 saat 51 dəqiqə və 54 saniyəyə başa vurub. M45-49 kateqoriyasında o, qalib Xuan Karlos Tarifadan (Juan Carlos Tarifa) 28 saniyə, ikinci yerdən isə cəmi üç saniyə geri qalaraq finişə çatıb.
Bürünc medal argentinalıya 2027-ci ilin avqust ayında Fransanın Ote-Savoy bölgəsində keçiriləcək "Gran Fondo" Dünya Velosiped Çempionatında iştirak etmək hüququ qazandırıb.
Yarışda Argentina milli komandasının məşqçilər heyətinin digər üzvləri, o cümlədən Pablo Aymar (Pablo Aimar), Valter Samuel (Walter Samuel) və Roberto Ayala da iştirak ediblər.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər