“Sabah” noyabrın 25-də Bakıda “Barselona” (Barcelona) ilə üz-üzə gələcək.
Fanat.Az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında “Sabah”ın futbolçusu Umarali Raxmonaliyev jurnalistlərin suallarına cavab verib.
Onun açıqlamaları belə olub:
- Sizin üçün karyeranın ən önəmli matçı demək olar?
- Özbəkistandan gələn jurnalistləri görmək mənim üçün çox xoşdur. Çox önəmli matçdır. Sabahkı oyunda yüz faizdən daha çoxun etməyə çalışacağıq.