Azərbaycan sərbəst güləşçisi Sadiq Mustafazadə 3 il müddətinə diskvalifikasiya edilib.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yayıb.
O, antidopinq qaydasını pozduğu üçün cəzalandırılıb.
İdmançıdan götürülmüş nümunədə "19 norandrosterone" preparatı aşkarlanıb.