“Sabah” noyabrın 25-də Bakıda “Barselona” (Barcelona) ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, matçdan öncə ölkə təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.
Onun açıqlamaları belə olub:
- Rəqib dünya nəhəngidir. “Sabah” isə ÇL-də debüt edib. Bu amillər necə rol oynayır?
- Biz meydana çıxmalı, ləzzət almalıyıq. Rəqibi tanıyırıq. Onun titulları ilə tanışıq. Mənim üçün rəqibdə zəif məqam tapmaq zəifdir. Əlimizdən gələni edəcəyik.
- Lamin Yamal (Lamine Yamal) yoxdur. Sizə görə, “Barselona”da ən önəmli oyunçu kimdir?
- Onun burada olmasını azarkeşlər üçün istəyərdim. Fikirləşirəm ki, rəqib üçün bu problem deyil. Superulduzlar çoxdur. Qarşımızda yaxşı oyunçular olacaq.
- İngiltərə (England) keçirdiyiniz vaxtlar sizə necə təsir göstərdi?
- Məşqçilik karyeram orada başladı. Bakalavr təhsilimi futbol sahəsində almışam. Bütün bunlar peşəkarlaşmağıma töhfə verib.
- Belə oyunlarda komandanı matça motivasiya etmək çətin olur?
- Onların motivasiya olduğunu düşünürəm. Özlərini bu cür böyük klublara qarşı oynamaqda görüblər. Hər kəs birdən-birə motivasiya olur. Fikirləşirlər ki, ağrımız yoxdur, zədə yoxdur. Bunlar motivasoyadan irəli gəlir.
- Bu sizin məşqçilik karyeranızda ən vacib oyundur, yoxsa əyləncədir?
- Bu mənim üçün ən vacib oyun deyil. Digər oyunlarla eyni tuturam. Bu cür matçlarda xüsusi bir şey tələb olunmur. Biz özümüzdən yaxşı oyun gözləyirik. Maksimumu etsək belə bura çatmaq mümkün deyil. Biz inandığımızdan da artığın etməliyik. Biz zövq almağa çalışacağıq.
- “Barselona” bu il qalib gəlsə də, qollar da buraxır. Bu bizim oyunçuları ruhlandırır?
- Elə bir komanda yoxdur ki, qol vurmaq mümkün olmasın. “Borussiya Dortmund”a (Borussia Dortmund) qarşı da bunu bacardıq. Təbii ki, bu motivasiyadır.
Əlisahib İbrahimli