“Sabah” noyabrın 25-də Bakıda “Barselona”nı (Barcelona) qonaq edəcək.
Fanat.Az xəbər verir ki, matçdan öncə mətbuat konfransında “Barselona”nın baş məşqçisi Hans-Diter Flik (Hans-Dieter Flick) jurnalistlərin suallarına cavab verib.
- Necə bir rəqib gözləyirsiniz? Hansı hissələrə diqqət yetirmək lazımdır.
- “Sabah” futbol oynamağı sevən komandadır. Biz hər rəqibə hörmət edirik. Yaxşı oynamağa çalışacağıq.
- Necə qərara gəldiniz ki, Lamin Yamalı (Lamine Yamal) heyətə almadınız. O bu barədə nəsə dedi?
- Biz keçmişdə də Yamalsız oynamışıq. Onun İspaniyada qalması məqsədimiz üçün uyğundur.
- Yamalın mövqeyində kim oynayacaq?
- Hələ qərar verməmişəm. Ola bilsin ki, dəyişikliklər olsun. Rotasiya mümkündür. Bəzi oyunçular az, bəziləri çox oynayacaq.
- Frenki De Yonqla (Frenkie de Jong) bağlı ən çox nəyi xoşlayırsınız? Hansı mövqedə görmək istərdiniz?
- O mənə hansı mövqedə oynayacağının fərqi olmadığını dedi. Kim nə töhfə vermək istəyirsə, biz onu qiymətləndiririk. Onun geri dönməsinə sevinirəm.
- “Sabah”ın baş məşqçisi “Barselona”ya qarşı oyunçuları motivasiya etməyin çətin olmadığını söylədi. Sizin futbolçular üçün də bu belədir?
- Biz “Barselona”yıq. İlk dəfə ÇL-ə qatılblar. Rəqibimiz də yaxşı oyun nümayiş etdirə bilir.
- Sonuncu matçda penalti vəziyyətindən sonra Yamal istifadə edə bilmədi. Ona bu haqda nəsə dediniz?
- Danışmamışam, ancaq bu barədə danışacam. Bu cür hallar baş verir.
- “Sabah” və “Barselona” eyni oyun üslubuna məxsusdurlar. Rəqibinizi necə qiymətləndirirsiniz?
- “Sabah” La Liqa komandasına bərabər bir rəqibdir. “Sabah”a qarşı eyni münasibət bildirəcəyik.
Əlisahib İbrahimli