“Barselona” Bakıda açıq məşqə çıxdı

“Barselona” Bakıda açıq məşqə çıxdı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda “Sabah”la qarşılaşacaq “Barselona” (Barcelona) matçdan əvvəl son məşqinə çıxıb.
Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi Bakı Olimpiya Stadionunda hazırlıq keçib. Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Kataloniya təmsilçisinin futbolçuları əvvəlcə isinmə hərəkətləri ediblər.
Qeyd edək ki, “Sabah” - “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüşün start fiti saat 21:45-də səsləndiriləcək.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər