Azərbaycan təmsilçisi "Zəngəzur" UEFA Regionlar Kubokunda ikinci oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, 7-ci qrupda mübarizə aparan kollektiv 2-ci turda Türkiyə komandası "İstanbul" ilə qarşılaşıb.
Manavqat şəhərindəki Arslan Zeki Demirci İdman Kompleksinin 2-ci meydanında reallaşan görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşlb.
Qeyd edək ki, "Zəngəzur" 1-ci turda Polşanın "Dolnoşlyonski"yə (Polşa) 0:12 hesabı ilə uduzub. Azərbaycan təmsilçisi qrupda sonuncu matçını noyabrın 27-də Rumıniyanın "The Carpathians" klubuna qarşı keçirəcək.
Toğrul