Azərbaycanlı idmançı Marneulidə MMA turnirinin qalibi olub

Azərbaycanlı idmançı Marneulidə MMA turnirinin qalibi olub

Gürcüstan Döyüş Liqasının (GCL) təşəbbüsü və təşkilatçılığı, Marneuli Meriyasının və Azərbaycan Evinin dəstəyi ilə Marneulidə MMA (qarışıq döyüş sənətləri) turniri keçirilib.

Fanat.Az xəbər verir ki, turnirdə 22 idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıb. Yarışda gürcü döyüşçülərlə yanaşı, Gürcüstanın azərbaycanlı idmançıları da iştirak edərək öz bacarıq və hazırlıqlarını nümayiş etdiriblər.

Gecənin diqqətçəkən nəticələrindən biri Marneulili idmançı Sənan Xəlilovun uğuru olub. O, 70 kiloqram çəki dərəcəsində rəqibi üzərində qələbə qazanaraq turnirin çempionu tituluna sahib olub.

Turnirdə Kvemo-Kartli qubernatorunun müavini Avtandil Tsiriqişvili (Avtandil Tsirikishvili), Marneuli meri Daur İsmayılov, Azərbaycan Evinin direktoru Məhəbbət İmanov, merin birinci müavini Qiorqi Qodabrelidze (Giorgi Kodabrelidze), meriyanın struktur bölmələrinin rəhbərləri və bölgənin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər