Xankəndi şəhərini təmsil edən “Xan Yaşma” İdman Klubunun üzvləri növbəti yarışlarda uğurlu nəticələr əldə ediblər. Fanat.Az xəbər verir ki, klubun 7 idmançısı AFC (Ased Fighting Championship) liqasının respublika turnirində iştirak edib. Onların hamısı medal qazanıblar. Umar Xəlilli, Süleyman Teymurov, Rasim Əsədzadə və Səməd Səmədzadə turniri 1-ci pillədə başa vuraraq qızıl medala yiyələnibsə, Məsud Həsənəliyev, Nurani Qədimzadə və Musab Xəlilli isə yarışda 2-ci yerə layiq görülüblər. “Xan Yaşma” İdman Klubunun peşəkar MMA döyüşçüsü Amin Qəhrəmanov da növbəti qarşılaşmasında qələbə qazanıb. Sentyabrın 27-də keçirilən ASED-43 seriyası çərçivəsində 75 kiloqram çəki dərəcəsində rinqə çıxan idmançı özündən daha təcrübəli rəqibi ilə qarşılaşıb. Amin Qəhrəmanov döyüşü cəmi 25 saniyəyə nokautla başa vuraraq qələbə qazanıb. Bu, idmançının peşəkar MMA karyerasında ikinci döyüşü və ikinci qələbəsidir. Beləliklə, onun peşəkar rekordunda 2 qələbə və 0 məğlubiyyət var. “Xan Yaşma” klubunun idmançılarının hazırlığı məşqçi Əli İsgəndərovun rəhbərliyi altında həyata keçirilir.
"Xan Yaşma"nın üzvü 25 saniyəyə nokautla qalib gəldi, daha 4 idmançı "qızıl" qazandı - FOTO/VİDEO
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Oxşar xəbərlər
MMA
13:59
06.10.2026
35 ildən sonra Qarabağdan Respublika çempionu – Xankəndidən tarixi uğur
MMA
13:58
28.09.2026
"Xan Yaşma"nın üzvü 25 saniyəyə nokautla qalib gəldi, daha 4 idmançı "qızıl" qazandı - FOTO/VİDEO
MMA
14:21
03.09.2026
Nazim Sadıxov braziliyalı ilə üz-üzə gələcək
MMA
11:44
16.08.2026
"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır