Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Ziya Rəcəbovun baş məşqçisi olduğu Tovuz təmsilçisi D qrupunda ilk oyununu keçirəcək.
Azərbaycan çempionu səfərdə İtaliya təmsilçisi “Savino Del Bene” ilə qarşılaşacaq.
Florensiya şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Qeyd edək ki, “Turan”ın D qrupundakı digər rəqibləri Türkiyənin “Eczacıbaşı” və Serbiyanın “Tent” komandalarıdır.
CEV Çempionlar Liqası (voleybol)
D qrupu
25 noyabr
20:30 “Savino Del Bene” (İtaliya) – “Turan” (Azərbaycan)
Florensiya. "Palazzo Vanni" zalı.