"Görək, ürəyimiz hansı tərəfdə olacaq?" - Okan Burukdan "Fənərbağça" ilə bağlı gözlənilməz açıqlama

"Görək, ürəyimiz hansı tərəfdə olacaq?" -  Okan Burukdan "Fənərbağça" ilə bağlı gözlənilməz açıqlama
"Qalatasaray"ın (Galatasaray) baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasında keçiriləcək "Şaxtyor" (Shakhtar) - "Fənərbağça" (Fenerbahçe, Fenerbahce) qarşılaşması barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, türkiyəli mütəxəssis "Aston Villa" üzərində 1:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında Türkiyə klublarının Avropa arenasındakı çıxışına toxunub.
İnformasiyanı "NTV Spor" yayıb.
Buruk sabah keçiriləcək "Fənərbağça" - "Şaxtyor" görüşü ilə bağlı danışarkən rəqib komandanın baş məşqçisi Arda Turanı da xatırladıb.
"Türkiyə komandalarının bu mövsüm Avropada nələr edə bildiyini hər kəs görür. Hamısına uğurlar arzulayıram. Sabah "Fənərbağça" oynayacaq, "Şaxtyor"da da Arda var. Görək, ürəyimiz hansı tərəfdə olacaq? Amma Türkiyə komandalarının uğuru çox vacibdir. "Beşiktaş" və "Trabzonspor" da mübarizə aparır. Hamısına uğurlar arzulayıram", - deyə Okan Buruk bildirib.
Qeyd edək ki, "Şaxtyor" - "Fənərbağça" qarşılaşması noyabrın 25-də Londondakı "Stemford Bric" (Stamford Bridge) stadionunda keçiriləcək.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər