UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Real Madrid" doğma meydanda PSV-ni qəbul edib.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisi geridə olduğu qarşılaşmada əzmkar oyun nümayiş etdirərək rəqibini 5:1 hesabı ilə məğlub edib.
Matça start heyətində başlayan Arda Güler qarşılaşmanın diqqətçəkən futbolçularından olub. Türkiyə millisinin üzvü komandasının iki qolunda məhsuldar ötürmə ilə yadda qalıb.
Arda 50-ci dəqiqədə Federiko Valverdenin (Federico Valverde), 64-cü dəqiqədə isə Kilian Mbappenin (Kylian Mbappé, Kylian Mbappe) qoluna assist edib. 70-ci dəqiqədə əvəzlənən gənc futbolçu görüşü iki məhsuldar ötürmə ilə başa vurub.
Qeyd edək ki, PSV 32-ci dəqiqədə İvan Perişiçin (Ivan Perišić, Ivan Perisic) penaltidən vurduğu qolla hesabı açsa da, "Real Madrid" ikinci hissədə beş dəfə fərqlənərək möhtəşəm geridönüşə imza atıb. Madrid klubunun digər qollarını Cud Bellinqem (Jude Bellingham), Kilian Mbappe və Vinisius Junior (Vinícius Júnior, Vinicius Junior) vurublar.
Bu nəticədən sonra "Real Madrid" Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi beş oyunun hamısında qələbə qazanaraq xallarını 15-ə çatdırıb.
Əlisahib İbrahimli